Bank Of Baku

Dövlət Yol Polisi İdarəsi sürücüləri xəbərdar edib

Dövlət Yol Polisi İdarəsi sürücüləri xəbərdar edib
# 28 dekabr 2007 11:47 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azadlıq meydanında keçiriləcək tədbirlərlə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) sürücüləri xəbərdar edib. DYPİ-dən APA-ya verilən məlumata görə, dekabrın 31-də saat 18.00-dan etibarən Bakı şəhərinin Neftçilər, Azərbaycan, Azadlıq, Bülbül prospektləri, Üzeyir Hacıbəyov, Yusif Səfərov, Rəsul Rza küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər və qeyd olunan küçə və prospektlərdən mümkün qədər az keçsinlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR