Bank Of Baku

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova mətbuat konfransı keçirib

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova mətbuat konfransı keçirib
# 28 dekabr 2007 13:20 (UTC +04:00)
“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova 2007-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Orucova bildirib ki, 2007-ci ildə Azərbaycanda “www.hesretyolu.az” saytı istifadəyə verilib. Bu il həmçinin quruma əsir, girov, itkinlərin ailə üzvləri və erməni əsirliyindən azad edilmiş şəxslər tərəfindən müxtəlif problemlərlə bağlı 12 ərizə daxil olub. Şikayətlərdən 10-u öz həllini tapıb. I Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən 15 nəfərin yaxınları isə ailə üzvlərinin taleyinə aydınlıq gətirmək üçün birliyə müraciət edib. İtkinlərdən 13-ü haqda ailələrinə əlavə məlumat verilib və qeyd olunub ki, onların ailə üzvləri erməni əsirliyində saxlanılır. Bu il 22 tədbir keçirdiklərini deyən Esmira Orucova bu tədbirlərin böyük hissəsinin tələbə və gənclər arasında vətənpərvərlik ruhunun inkişafına xidmət etdiyini deyib. Birliyin sədri oktyabrda girovlarla bağlı apardığı tədqiqatlarına görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına layiq görüldüyünü söyləyib. O, Dünya Azərbaycanları Konqresinin Azərbaycan nümayəndəliyinin əsir və itkinlər üzrə bölməsinin rəhbəri seçildiyini də qeyd edib. Sonra toplantıda “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi bu problemi gündəmdə saxlayan mətbuat nümayəndələrini diplomlarla təltif edib. Diploma layiq görülən içərisində APA İnformasiya Agentliyinin əməkdaşları da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR