Bank Of Baku

Azərbaycanın Qusar rayonunda Gənclər Evi istifadəyə verilib

Azərbaycanın Qusar rayonunda Gənclər Evi istifadəyə verilib
# 29 dekabr 2007 10:45 (UTC +04:00)
Azərbaycanın Qusar rayonunda yeni Gənclər Evi istifadəyə verilib. APA-nın şimal bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirə qatılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, gələn il Mərkəzi Rayon Xəstəxanasının yeni binası tikiləcək. Şirkət prezidenti yeni xəstəxananın ən müasir tibbi avadanlıqlarla təchiz olunacağını söyləyib. Tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, Gənclər Evində rayon gənclərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. 10 kompüter dəstinin quraşdırıldığı obyektdə əyləncə və informasiya otaqları da fəaliyyət göstərəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR