Bank Of Baku

Satış məntəqələrindən toplanmış partlayıcı uşaq oyuncaqları məhv edilib

Satış məntəqələrindən toplanmış partlayıcı uşaq oyuncaqları məhv edilib
# 29 dekabr 2007 13:40 (UTC +04:00)
Satış məntəqələrindən toplanmış partlayıcı uşaq oyuncaqları (taraqqa) Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə məhv edilib. Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırlının APA-ya verdiyi məlumata görə, taraqqalar şəhərin kənarında yandırılıb. O bildirib ki, toplanmış maddələr ayrı-ayrı vaxtlarda məhv edildiyi üçün onların dəqiq miqdarı bilinmir. Ə. Bağırlı müsadirə edilmiş məhsulların şəhərin müxtəlif satış nöqtələrindən toplandığını söyləyib. Bu tipli məhsulları satan şəxslər İnzibati Xətalar Məcəlləsinin 240-cı maddəsinə əsasən şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək cərimə olunublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR