Bank Of Baku

Qazaxda Xram çayı üzərində tikilmiş yeni körpünün açılış mərasimi keçirilib

Qazaxda Xram çayı üzərində tikilmiş yeni körpünün açılış mərasimi keçirilib
# 29 dekabr 2007 14:12 (UTC +04:00)
Bu gün Qazax rayonunun II Şıxlı kəndi ərazisində Xram çayının üzərində tikilmiş yeni körpünün açılışı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin direktor müavini Şaiq Bilalov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Uzunluğu 206 metr olan körpü 11 astanadan, hər astananın ara məsafəsi isə 18 metrdən ibarətdir. Körpünün tikilməsində əsas məqsəd əhalinin Xram çayının sol sahilində yerləşən pay torpaqlarını əkib becərməsi üçün gediş-gəlişi asanlaşdırmaqdır. Qeyd edək ki, II Şıxlı kənd sakinlərinin Xram çayının sol sahilində 360 hektara yaxın pay torpağı var. Əvvəllər camaat bu ərazidə əkin-biçin işləri üçün Qırmızı körpünü keçərək Gürcüstana, oradan isə yenidən Azərbaycan ərazisinə keçməli olurdular. Qeyd edək ki, açılış mərasimi keçirilən körpünün tikintisinə 2006-cı ilin mayından başlanılıb. Körpünün tikintisində 2.6 milyon manat vəsait xərclənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR