Bank Of Baku

Xırdalanda Qarabağ müharibəsi əlilinə “Oka” markalı avtomobillərin təqdim olunması mərasimi keçirilib

Xırdalanda Qarabağ müharibəsi əlilinə “Oka” markalı avtomobillərin təqdim olunması mərasimi keçirilib
# 30 dekabr 2007 10:53 (UTC +04:00)
Xırdalanda bir qrup Qarabağ müharibəsi əlilinə “Oka” markalı avtomobillərin təqdim olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Xırdalan şəhəri, Abşeron, Quba, Xaçmaz, Qusar və Siyəzən rayonlarından olan əlillərə Rusiya istehsalı olan 17 ədəd “Oka” markalı avtomobili təqdim edilib. Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov bildirib ki, 1998-2005-ci illərdə ölkəyə gətirilən “Oka” markalı avtomobillərdən 1510 ədədi əlillərə verilib. Onlardan 1185 ədədi Qarabağ müharibəsi və 20 yanvar hadisəsində əlil olan insanlara, 249 ədədi II Dünya müharibəsi əlillərinə təqdim olunub. 2007-ci ildə isə ölkəyə gətirilən eyni markalı 404 avtomobil əlillərə paylanıb. Nazir əlillərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən davamlı işlər görüldüyünü də qeyd edib. Sonra isə Füzuli Ələkbərov və Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlillərə maşınların açarlarını təqdim ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR