Bank Of Baku

Çindən dəvət olunmuş sirk ustaları Azərbaycanın Lənkəran şəhərində xüsusi proqramla çıxış edəcəklər

Çindən dəvət olunmuş sirk ustaları Azərbaycanın Lənkəran şəhərində xüsusi proqramla çıxış edəcəklər
# 07 yanvar 2008 12:54 (UTC +04:00)
Lənkəranda aparılan abadlıq-quruculuq işləri davam edir. APA-nın cənub bürosunun məlumatına görə, artıq şəhərin dəmiryol vağzalının qarşısındakı meydanın genişləndirilməsinə başlanıb. Bu məqsədlə əraziyə 15 nəfərlik inşaat briqadası və bir neçə texnika cəlb olunub. Hazırda mərkəzi dairənin ətrafındakı bordürlər çıxarılaraq ərazidən daşınır. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatından bildirilib ki, bu işlər meydanın genişləndirilməsi məqsədi ilə görülür. Gələcəkdə burada ümumrayon tədbirlərinin təşkil olunacağı nəzərdə tutulub. Artıq meydanda keçiriləcək ilk tədbir də məlumdur. ŞİH-nin təşəbbüsü ilə Çin Xalq Respublikasından dəvət olunmuş sirk ustaları ilk olaraq məharətlərini bu meydanda nümayiş etdirəcəklər. Bunun üçün də bütün səylər meydanda yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılmasına və keçiriləcək tədbir üçün lazımi şəraitin yaradılmasına yönəldilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR