Bank Of Baku

Hava şəraitinin kəskin dəyişməsi Azərbaycanın Şəki rayonunda ciddi problemlər yaradıb

Hava şəraitinin kəskin dəyişməsi Azərbaycanın Şəki rayonunda ciddi problemlər yaradıb
# 07 yanvar 2008 13:09 (UTC +04:00)
Hava şəraitinin kəskin dəyişməsi Azərbaycanın Şəki rayonunda ciddi problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yolların buz bağlaması nəticəsində rayon mərkəzindən ucqar kəndlərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bəzi kəndlərə isə əhalinin gediş-gəlişi iri yük maşınları ilə həyata keçirilir. Şəhərdaxili yollarda nəqliyyatın hərəkətini tənzimləmək məqsədi ilə Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın hərəkətində yaranmış problemi aradan qaldırmaq məqsədi ilə küçələrə duz və qum səpilir. Son 5 gündə rayon mərkəzinə yağan qarın hündürlüyü 30 sm, dağətəyi kəndlərdə isə 50-60 sm-ə çatıb. Rayonun bəzi ucqar kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaransa da, qısa müddət ərzində problem aradan qaldırılıb. Şəki rayon Mərkəzi Xəstəxanasından APA-nın bölgə bürosuna bildirilib ki, son bir həftə ərzində buzlu yollarda yıxılaraq travma almış 6 yerli sakin xəstəxanaya müraciət edib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıblar. Qeyd edək ki, hazırda ölkənin şimal-qərb bölgəsində qar yağmasa da şaxtalı hava şəraiti davam etməkdədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR