Bank Of Baku

Ötən il Azərbaycanın Lənkəran rayonunda yeddi nəfər QİÇS-dən ölüb

Ötən il Azərbaycanın Lənkəran rayonunda yeddi nəfər QİÇS-dən ölüb
# 09 yanvar 2008 10:01 (UTC +04:00)
Onun sözlərinə görə, dünyasını dəyişənlərdən 6-sı kişi, 1-i isə qadın olub. R. İbişov bildirib ki, aparılmış laboratoriya müayinələri nəticəsində ötən il təkcə Lənkəranda 34 QİÇS xəstəsi aşkarlanıb. Onlardan 29-u kişi, 4-ü qadın, 1-i isə uşaqdır. Ümumilikdə isə Cəlilabad və Biləsuvar rayonları istisna olmaqla (adı çəkilən rayonların sakinlərinin müayinələri bu laboratoriyada aparılmır-red.), bölgə üzrə QİÇS-ə yoluxanların sayı 184 nəfərə çatıb. Bunlardan 117-si Lənkəran, 34-ü Masallı, 22-si Astara, 6-i Yardımlı, 5-i isə Lerik rayonunun payına düşür. Laboratoriya müdirinin qənaətincə, HİV xəstələrinin əksəriyyətini xarici ölkələrə, xüsusən də Rusiyaya qazanc dalınca gedən miqrantlar təşkil etdiyindən, üç aydan artıq vətəndən uzaqlarda yaşayan şəxslər könüllü müayinəyə cəlb olunmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR