Bank Of Baku

Naxçıvanda ictimai təşkilatların fəaliyyəti üçün nəzərdə tutulan inzibati bina istifadəyə verilib

Naxçıvanda ictimai təşkilatların fəaliyyəti üçün nəzərdə tutulan inzibati bina istifadəyə verilib
# 10 yanvar 2008 08:43 (UTC +04:00)
Naxçıvan şəhərində yeddi ictimai təşkilatın fəaliyyət göstərməsi üçün nəzərdə tutulan yeni inzibati bina istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, əvvəllər yalnız Həmkarlar İttifaqları Şurasının fəaliyyət göstərdiyi dördmərtəbəli binada əsaslı təmir və yenidənqurma işləri aparılıb. 55 otaqdan ibarət binanın əvvəlki layihəsinə bir sıra dəyişikliklər edilib. Binaya iş şəraiti müasir tələblərə cavab verməyən ictimai təşkilatlar yerləşdiriləcək. Burada Naxçıvan Muxtar Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurası, Ağsaqqallar Şurası, Yazıçılar Birliyi, Qızıl Aypara Cəmiyyəti, Dini Qurumlarla İş üzrə Komitəsi fəaliyyət göstərəcək. İnzibati binanın digər hissəsində isə Naxçıvan MR Həmkarlar İttifaqlar Şurası üçün müvafiq şərait yaradılıb.
Qeyd edək ki, hazırda Naxçıvan şəhərində 20-yə yaxın müxtəlif sosial obyekt inşa və ya əsaslı təmir olunur. Ötən il 30-dan artıq yeni inzibati bina istifadəyə verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR