Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Azadlıq meydanında fontan tikiləcəyi ilə bağlı məlumatı təkzib edib

Bakı şəhər İcra Hakimiyyəti Azadlıq meydanında fontan tikiləcəyi ilə bağlı məlumatı təkzib edib
# 12 yanvar 2008 09:47 (UTC +04:00)
“Azadlıq meydanında musiqili fontan tikiləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, meydanın ərazisində yox, Hökumət Evi ilə üzbəüz, Milli Parkın ərazisində yerləşən köhnə fontanın yenilənməsi nəzərdə tutulur. Yaxın günlərdə bu işə başlanılacağını bildirən Z. Ramazanov həmin ərazidə yeni müasir fontanın tikiləcəyini söyləyib.
Qeyd edək ki, “Gün səhər” qəzeti Azadlıq meydanında MDB-də analoqu olmayan fontan inşa olunacağı barədə xəbər yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR