Bank Of Baku

BMT baş katibi internet vasitəsilə uşaqların suallarını cavablandıracaq

BMT baş katibi internet vasitəsilə uşaqların suallarını cavablandıracaq
# 15 yanvar 2008 08:06 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun təşkilatın internet saytında “Baş katibə sual verin” başlıqlı səhifədə dünya uşaqlarının suallarını cavablandıracaq. APA-nın BMT-nin saytına istinadən yaydığı məlumata görə, suallar yanvarın 14-dən martın 31-dək toplanacaq. Suallar BMT-nin fəaliyyəti, müasir dövrin qlobal problemlərinin həllində baş katibin rolu və BMT-nin gündəliyində duran digər məsələlərə aid olmalıdır. “Baş katibə sual verin” səhifəsinə BMT ictimai informasiya departamentinin “Məktəb kiberavtobusu” saytı vasitəsilə çıxmaq olar. Ən maraqlı suallar və cavablar “Məktəb kiberavtobusu” internet saytında yerləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR