Bank Of Baku

Azərbaycanda qadın zorakılığının azaldılmasına yönəlmiş layihə imzalanıb

Azərbaycanda qadın zorakılığının azaldılmasına yönəlmiş layihə imzalanıb
# 16 yanvar 2008 13:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkədə elm və təhsilin inkişafı, sosial problemlərin həlli istiqamətində rəhbərlik etdiyi Fondun bir sıra layihə həyata keçirdiyi barədə məlumat verib. Azərbaycanda qadınların rolunun ildən ilə artığını deyən M. Əliyeva bununla yanaşı, qadınlara qarşı zorakılıq faktlarının qeydə alındığını da təəssüflə vurğulayıb. Qadınlara qarşı zorakılığı insan haqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirən M. Əliyeva bu məsələnin bütün dünyanı narahat etdiyini qeyd edib. O, Azərbaycan mentalitetində qadına hörmət, uşaqlara qayğıya xüsusi önəm verildiyini söyləyib, qadın zorakılığının etik normalardan kənar olduğunu diqqətə çatdırıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Bruno Pueza isə Azərbaycan iqtisadiyyatının inkişafının ölkədə istənilən problemin həllinə imkan verdiyi vurğulayıb, qadın zorakılığının qarşısının alınması işinə BMT-nin texniki bilik və təcrübə baxımından yardım göstərməyə hazır olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR