Bank Of Baku

Azərbaycanın Balakən rayonunda Olimpiya İdman Kompleksi tikiləcək

Azərbaycanın Balakən rayonunda Olimpiya İdman Kompleksi tikiləcək
# 17 yanvar 2008 14:03 (UTC +04:00)
Balakən rayonunda Olimpiya İdman Kompleksi tikiləcək. Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehparə Nuriyevanın APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, kompleksin inşasına fevral ayında başlanacaq. Olimpiya İdman Kompleksinin tikiləcəyi yerin müəyyən edildiyini deyən M. Nuriyeva bu məqsədlə şəhərin mərkəzində 5 hektar ərazinin ayrıldığını diqqətə çatdırıb. O, ərazidə hazırlıq işlərinin aparıldığını və fevralda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminin keçiriləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR