Bank Of Baku

Azərbaycanda “Küçə uşaqları və onların sağlamlıq hüququ” adlı layihə həyata keçirilir

Azərbaycanda “Küçə uşaqları və onların sağlamlıq hüququ” adlı layihə həyata keçirilir
# 17 yanvar 2008 14:47 (UTC +04:00)
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqlar Birliyi “Küçə uşaqları və onların sağlamlıq hüququ” devizi altında fəaliyyətə başlayıb. “Təmiz Dünya” İctimai Birliyindən APA-ya verilən məlumata görə, küçə uşaqları arasında QİÇS, vərəm və malyariyanın yayılması vəziyyətinin öyrənilməsi, xəstəliklərdən qorunma haqqında məlumatların verilməsi və s. istiqamətdə işlər görüləcək. Uşaqların pulsuz müayinəsi üçün QİÇS-lə Mübarizə Mərkəzi, Respublika Dəri Zöhrəvi Dispanseri, Ağ Ciyər Xəstəlikləri Dispanseri ilə razılığa gəlinib. Təşkilatçıların Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi ilə birgə fəaliyyəti nəticəsində 15 küçə uşağı ilə görüş keçirilib. 11 uşaqdan 4 virusa qarşı qan analizləri götürülüb, 7 küçə uşağı ailəsinə qaytarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR