Bank Of Baku

Zəhra Quliyevanın 85 illik yubileyi qeyd edilib

Zəhra Quliyevanın 85 illik yubileyi qeyd edilib
# 18 yanvar 2008 13:55 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin (ADTU) keçmiş rektoru, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri Zəhra Quliyevanın anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, ADTU-nin rektoru Əhliman Əmiraslanov Z. Quliyevanın universitetin inkişafında gördüyü işlərdən danışıb: “11 il Tibb Universitetinə rektorluq edən Zəhra Quliyeva ali məktəbin maddi texniki bazasının formalaşmasında böyük rolu olub”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Z. Quliyevanın ictimai fəaliyyəti haqda məlumat verib. Onun sözlərinə görə, Z. Quliyeva Azərbaycanda qadın hərəkatının inkişafı üçün zəruri addımlar atıb, onun dəstəyi ilə Azərbaycanda 60-a yaxın qadın QHT-i yaradılıb. Tədbirin sonunda Z. Quliyevanın həyat və fəaliyyətindən bəhs edən diskin təqdimatı keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR