Bank Of Baku

İnsan alverinin qurbanı olan qadınların normal həyata qaytarılması məqsədilə Azərbaycanda reabilitasiya mərkəzləri yaradılacaq

İnsan alverinin qurbanı olan qadınların normal həyata qaytarılması məqsədilə Azərbaycanda reabilitasiya mərkəzləri yaradılacaq
# 18 yanvar 2008 14:56 (UTC +04:00)
İnsan alverinin qurbanı olan qadınların normal həyata qaytarılması məqsədilə reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, problem Azərbaycanda da yayıldığından insan alverinin qurbanı olan qadınların sayı artıb və bu səbəbdən də psixoloji reabilitasiya mərkəzlərinin yaradılması zərurətə çevrilib. H. Hüseynova bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən də danışıb: “Ümumiyyətlə, bu problemin həlli məqsədilə beynəlxalq şəbəkə yaradılmalı, bu qurumlar öz fəaliyyətlərini koordinasiya etməlidir. Əks təqdirdə, problemin həlli məqsədilə atılan bütün addımlar nəticəsiz qalacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR