Bank Of Baku

Lənkəranda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Lənkəranda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
# 19 yanvar 2008 09:51 (UTC +04:00)
Lənkəranda 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. APA-nın Cənub bürosunun məlumatına görə,yanvarın 19-da rayonun ali və orta ixtisas məktəblərində,ümumtəhsil müəssisələrində ilk dərslər 20 Yanvar faciəsinin mahiyyətinə, milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin ölməz xatirəsinə, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub. Şəhərdə fəaliyyət göstərən Heydər Əliyev İdarəçilik Universitetində isə bu faciənin ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov geniş məruzə ilə çıxış edərək bildirib ki,1990-cı il yanvarın 20-də törədilən müsibətlər yaddaşlara faciə kimi həkk olunmaqla yanaşı, həm də Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifələrindəndir. Konfransda çıxış edən digər natiqlər də gələcək nəsillərin qorxmaz və cəsur tərbiyə edilməsi üçün 20 Yanvar faciəsinin əsl mahiyyətinin izah olunmasının vacibliyindən daışmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin bu faciəyə siyasi-hüquqi qiymət verilməsindəki xidmətlərini xatırlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR