Bank Of Baku

Astarada şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksinin açılış mərasimi keçirilib

Astarada şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksinin açılış mərasimi keçirilib
# 19 yanvar 2008 09:52 (UTC +04:00)
Astarada respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş 84 rayon sakinini şərəfinə ucaldılmış xatirə kompleksinin açılışı olub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş ümumrayon mitinqini giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Mərasim Hacızadə açıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, şəhid validiynləri, ictimaiyyətin nümayəndələri Vətən yolunda həyatını qurban vermiş qəhrəmanların xatirələrini daim əziz tutacaqlarını bildiriblər. Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şerlərdən nümunələr səslənib. Daha sonra rayonun bir qrup çağırışçı gənci Vətənə sədaqət andı içərək buradan hərbi xidmətə yola düşüblər. Əbədi məşəl yandırıldıqdan sonra xatirə kompleksinin önünə gül-çiçək dəstələri və əklillər düzülüb. Tədbirdən sonra şəhid ailələrinin nümayəndələri rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul olunub, onların qayğı və problemləri dinlənilib, maddi yardım göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR