Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən havaların kəskin soyuması kənd təsərrüfatın sahəsində problem yaradıb

Azərbaycanda ilin əvvəlindən havaların kəskin soyuması kənd təsərrüfatın sahəsində problem yaradıb
# 21 yanvar 2008 09:02 (UTC +04:00)
Yanvarın ilk günlərindən hökm sürən soyuq hava şəraiti Azərbaycanın cənub bölgəsində kənd təsərrüfatı sahəsində ciddi problem yaradıb. APA-nın cənub bürosunun məlumatına görə, havaların şaxtalı olması ilə əlaqədar təsərrüfat işlərinin görülməsində ləngimələr müşahidə olunur. Ən çox ziyan isə sitrus təsərrüfatına dəyib. Belə ki, fermer təsərrüfatlarına və əhaliyə məxsus yüz hektarlarla limon, naringi və portağal bağları donvurmaya məruz qalıb. Hətta polietilen örtüklər altında qorunan limon ağaclarını və meyvələrini soyuqdan mühafizə etmək mümkün olmayıb. Mütəxəssislərin fikrincə, bu il cənub bölgəsində sitrus meyvələrinin istehsalı ciddi şəkildə azalacaq. Havaların kəskin soyuması Ağdamın kənd təsərrüfatında da ciddi problemlərə səbəb olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun kəndlərində anbarlara doldurulmuş yüzlərlə ton soğan və kartofu don vurub. Nəticədə külli miqdarda məhsul yararsız hala düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR