Bank Of Baku

Lənkəranda “İlin laureatı” mükafatının təqdimatı keçirilib

Lənkəranda “İlin laureatı” mükafatının təqdimatı keçirilib
# 24 yanvar 2008 09:36 (UTC +04:00)
Lənkəran bələdiyyəsində 2007-ci ildə elm, ədəbiyyat, səhiyyə və idman sahəsində fərqlənən şəxslərə ənənəvi “İlin laureatı” mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumata görə, mükafata Sofoklun “Çar Edip” pyesinə verdiyi uğurlu rejissor işinə görə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Baba Rzayev, Lənkəran səhiyyəsində göstərdiyi xidmətlərə görə cərrah Ceyhun Ağayev, “Eşq işığı” şeirlər kitabına görə şair Ağamir Cavad və “Qızmar yayın soyuq küləkləri” povestlər kitabına görə yazıçı-publisist Hafiz Mirzə layiq görülüb. Bələdiyyənin sədri Eldar Hüseynov çıxışında bildirib ki, yaxın vaxtlarda Lənkəranda Cənub Regional Futbol Federasiyası ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunan futzal turniri təşkil ediləcək. Onun sözlərinə görə, Heydər Əliyevin adına xüsusi mükafat da təsis olunub. Bu mükafat Heydər Əliyev irsinin təbliğində göstərdiyi müstəsna xidmətlərə görə fərqlənən şəxslərə veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR