Bank Of Baku

Azərbaycanda “Müxtəliflikdən Birliyə” layihəsi həyata keçiriləcək

Azərbaycanda “Müxtəliflikdən Birliyə” layihəsi həyata keçiriləcək
# 11 aprel 2008 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi ”Azad Gənclər” İctimai Birliyi və "Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi ilə birgə "Müxtəliflikdən Birliyə" adlı layihə həyata keçirəcək. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, layihənin keçirilməsində əsas məqsəd mədəniyyətlərarası təhsil vasitəsi ilə Azərbaycan gənclərinə mədəniyyətlərarası dialoq və əlaqələrin öyrədilməsinə və etnik gənclərlə ünsiyyət qurmalarına kömək olmaq, “Müxtəliflikdən Birliyə” Gənclər Kompaniyası aparmaqla milli azlıqlara mənsub olan gənclər arasında tolerantlıq və bütövlük ideyasının daha da möhkəmləndirilməsidir. Kampaniya bu ilin aprel-iyun aylarında milli azlıqların yaşadığı Azərbaycanın beş bölgəsində - Lənkəran, Quba, Zaqatala, İsmayıllı və Qəbələdə keçiriləcək. Layihə zamanı hər bir regionda 25 gəncin iştirakı ilə xüsusi seminarlar və kampaniyalar təşkil olunacaq. Hər seminarda iştirak etmiş 8 aktiv gənc Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoq günləri” adlı gənclər görüşündə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR