Bank Of Baku

Dağıstan TV-də Azərbaycan dilində verilişlər yayımlanacaq

Dağıstan TV-də Azərbaycan dilində verilişlər yayımlanacaq
# 11 aprel 2008 14:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Asiya Dialoqu İctimai Birliyi (ADİB) və Qafqaz Media Mərkəzinin (QMM) başlatdığı Qafqaz-Balkan Əməkdaşlıq Platforması layihəsinin birinci mərhələsi başa çatıb. ADİB-dən APA-ya verilən məlumata görə, qurumun təmsilçiləri bu mərhələdəki fəaliyyətləri çərçivəsində Dağıstanda səfərdə olublar. Təşkilatın koordinatorları Könül Şamilqızı və İlhamə Nuriyeva səfər çərçivəsində Mahaçqalada və Dərbənddə hökumət strukturları, qeyri-hökumət təşkilatları, KİV təmsilçiləri və elmi dairələrin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə Balkan-Qafqaz Əməkdaşlıq Platforması layihəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda ADİB və QMM ilə Dağıstan KİV-ləri və QHT-ləri arasında əlaqələrin qurulması istiqamətində müzakirələr aparılıb.
Dağıstan TV-nin rəhbəri Harun Qurbanov ADİB təmsilçiləri ilə görüşdə Azərbaycan filmlərinin və musiqilərinin televiziyada yayımı üçün ölkəmizlə əlaqə qurmağa çalışdıqlarını deyib. O, eyni zamanda yaxın aylardan etibarən telekanalda Azərbaycan dilində verilişlərə ayrıca vaxt ayıracaqlarını bildirib, bu sahədə QMM ilə də əməkdaşlıq etməyə hazır olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR