Bank Of Baku

Velosipedlə Pekində keçiriləcək Olimpiya oyunlarına gedən almaniyalı turistlər Şəkidə olublar

Velosipedlə Pekində keçiriləcək Olimpiya oyunlarına gedən almaniyalı turistlər Şəkidə olublar
# 11 aprel 2008 16:42 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Çinin paytaxtı Pekində keçiriləcək Olimpiya oyunlarına gedən bir qrup almaniyalı turist bu gün Azərbaycanın Şəki rayonunda olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon İcra Hakimiyyətindən məlumat verilib. Almaniyadan velosipedlə Pekinə yola düşən 16 turist Qara dəniz vasitəsilə Gürcüstana, oradan da Azərbaycana keçib. Şəkidə tarixi abidələrlə tanış olan qonaqlar Xan Sarayında və rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Turistlər aprelin 15-də Türkmənistana getmək, Mərkəzi Asiya ölkələrini keçməklə avqust ayında mənzil başına, Pekinə çatmaq niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR