Bank Of Baku

Səbayel Rayon İcra Hakimiyyətinin başçısı açıq qəbul keçirib

Səbayel Rayon İcra Hakimiyyətinin başçısı açıq qəbul keçirib
# 14 aprel 2008 15:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Səbayel Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sahib Ələkbərov Bibiheybət qəsəbəsində yerli sakinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri və qəsəbə bələdiyyəsinin üzvləri ilə açıq qəbul keçirib. RİH-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə çıxış edən S. Ələkbərov ölkə prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”na uyğun olaraq Bibiheybət qəsəbəsinin ərazisində bir sıra tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, qəsəbənin kanalizasiya sisteminin yeniləşdirilməsinə başlanılıb və bu vaxta qədər 500 p/m yeni xətt çəkilib. Elektrik təchizatı sistemində 300 metr yüksək gərginlikli elektrik xətti yenilənib, Dostluq Parkının yanındakı ərazidə inşa olunan 110 kv-luq yeni yarımstansiya işə salınıb. Rayonun problemlərindən danışan S. Ələkbərov ərazinin təmizliyinin qorunmasının daha çox sakinlərdən asılı olduğunu qeyd edib. RİH başçısı sakinlərin suallarını cavablandırıb, təkliflərinə qulaq asıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR