Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondu Füzuli rayonunda mina qurbanları ilə görüş keçirib

Beynəlxalq Avrasiya Mətbuat Fondu Füzuli rayonunda mina qurbanları ilə görüş keçirib
# 16 aprel 2008 12:02 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. ABŞ Dövlət Departamenti Silahların Ləğvi və Qadağan Olunması üzrə Hərbi Siyasi İşlər idarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi” layihəsi çərçivəsində Füzuli rayonunda tədbir təşkil edilib. BAMF-dən APA-ya verilən məlumata görə, Horadiz qəsəbəsində keçirilən tədbirə fondun həyata keçirdiyi layihənin işçi heyəti, Təlim Qrupuna cəlb edilmiş mina qurbanları, minadan zərər çəkmiş könüllülər qatılıb. BAMF-ın sədri Umud Mirzəyev mina problemi, Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulması tarixi, qurumun həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib. Tədbirin sonunda layihə çərçivəsində təlimləri başa vuran mina qurbanlarına sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR