Bank Of Baku

Bakı şəhərinin 20-ci sahə yaşayış massivində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Bakı şəhərinin 20-ci sahə yaşayış massivində yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
# 16 aprel 2008 13:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Bakı şəhərinin Səbayel rayonunun 20-ci sahə yaşayış massivində 120 yerlik ikimərtəbəli yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib. Səbayel rayon İcra Hakimiyyətindən APA-ya daxil olan məlumata görə, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-cı illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən tikilən uşaq bağçası müasir avadanlıqlar, mebellər, lazımi ləvazimatlarla təmin olunub, yeni kommunikasiya xətləri çəkilib, istilik sistemi qurulub. Bağçanın açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov ölkənin bütün bölgələrində, o cümlədən Bakı ətrafı qəsəbələrdə müasir tələblərə cavab verən məktəbəqədər təhsil müəssisələrinin tikildiyini və bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. Səbayel rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə təkcə son iki il ərzində rayonda 2 uşaq bağçası və 3 yeni məktəb binasının tikilib istifadəyə verildiyini, bir neçə məktəbin əsaslı təmir edildiyini deyib, bu il isə 162 saylı orta məktəb, 160 saylı Klassik Gimnaziya və 2 saylı Texniki-Humanitar Fənlər Liseyində əsaslı təmir işləri aparılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR