Bank Of Baku

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Heydər Əliyevin və ADR-in yubileyləri münasibətilə elmi konfranslar keçirəcək

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Heydər Əliyevin və ADR-in yubileyləri münasibətilə elmi konfranslar keçirəcək
# 16 aprel 2008 15:21 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) İdarə Heyətinin iclası keçirilib. MQF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bir sıra QHT-lər MQF üzvlüyünə qəbul ediliblər. Toplantıda Heydər Əliyevin anadan olmasının 85 illiyinin qeyd olunması ilə bağlı müzakirələr aparılıb, yubiley tədbirləri sırasında elmi konfransın keçirilməsinin vacibliyi qeyd olunub, MQF-nin bəzi QHT-lərlə birgə mayın 10-na qədər yubileylə bağlı konfrans keçirməsi qərara alınıb. İdarə Heyəti Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi münasibətilə elmi konfransın keçirilməsi barədə də qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR