Bank Of Baku

“İnsanların ailə zorakılığından qorunmasında hüquq-mühafizə orqanlarının rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib

“İnsanların ailə zorakılığından qorunmasında hüquq-mühafizə orqanlarının rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib
# 24 aprel 2008 13:56 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Daxili İşlər Nazirliyi və Azərbaycan Gender Assosiasiyasının “Simmetriya” təşkilatı “İnsanların ailə zorakılığından qorunmasında hüquq-mühafizə orqanlarının rolunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə hazırda Milli Məclisin gündəliyində dayanan ailə zorakılığına dair qanun layihəsi müzakirə edilib, hüquq-mühafizə orqanları əməkdaşlarının tövsiyələri dinlənilib. ATƏT DTİHB-in təmsilçisi Tiina İllsen qeyd edib ki, ailədə zorakılıq və belə hallarla mübarizə aparılması ilə bağlı məsələ ATƏT-in gündəliyində prioritet olaraq durur. Tiina İlsen Azərbaycanda ATƏT-in dəstəyi ilə 2001-ci ildən həyata keçirilən proqramda böyük irəliləyiş olduğunu deyib. Avstriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Karl-Heinz Grundboek isə öz növbəsində bildirib ki, ailədə zorakılığa qarşı mübarizə aparmaq üçün polisin rolu gücləndirilməli, bu istiqamətdə mütəmadi olaraq treninqlər təşkil edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR