Bank Of Baku

Gülər Əhmədova: “Azərbaycan parlamentində ailə zorakılığına dair qanunun qəbul olunmasını istəməyən millət vəkilləri var”

Gülər Əhmədova: “Azərbaycan parlamentində ailə zorakılığına dair qanunun qəbul olunmasını istəməyən millət vəkilləri var”
# 24 aprel 2008 14:01 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycan parlamentində ailə zorakılığına dair qanunun qəbul olunmasını istəməyən millət vəkilləri var. Onlar elə bilirlər ki, bu qanun qəbul olunsa, Azərbaycan ailələri dağılacaq”. Bu sözləri Milli Məclisin deputatı Gülər Əhmədova Polis Akademiyasında “İnsanların ailə zorakılığından qorunmasında hüquq-mühafizə orqanlarının rolunun gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, qanunun ictimaiyyət arasında çaşqınlıq yaratmasının səbəbi onun mahiyyətinin dərk edilməməsi ilə bağlıdır. G. Əhmədova hesab edir ki, bu qanunun qəbul edilməsi ailə-məişət zəminində baş verən bir çox agır cinayətlərin qarşısını alacaq: “Zorakılıq olan ailədə adətən ya qadın ərini öldürür, ya da uşaq atasını qətlə yetirir. Belə ailədə sağlam fikirli uşağın böyüməsi mümkün deyil. Azərbaycan parlamenti ailədə zorakılıq edən şəxsi evdən uzaqlaşdıracaq, zorakılığa məruz qalan qadını deyil”. Deputat daxili işlər naziri Ramil Usubovla görüşündə polis sistemində daha çox qadın görmək istədiyini ona çatdırdığını söyləyib: “Ramil Usubov da qadınların post-patrul xidmətinə cəlb edilməsini dəstəklədi. Hesab edirəm ki, bu zaman zorakılığa məruz qalan qadın daha cəsarətlə polisə gedib, qadın polis əməkdaşına sözünü deyə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR