Bank Of Baku

Şadlıq evləri və restoranlardakı yeyinti məhsullarında bağırsaq çöpləri bakteriyaları aşkar edilib

Şadlıq evləri və restoranlardakı yeyinti məhsullarında bağırsaq çöpləri bakteriyaları aşkar edilib
# 08 may 2008 14:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu ilin I rübündə yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 396 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, həmin müddətdə 134 obyektin istismarı dayandırılıb, 36 nəfər haqqında iş istintaq orqanlarına göndərilib, 87 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2396, mikrobioloji göstəricilərinə görə 1483, toksikoloji göstəricilərinə görə 239, radioloji göstəricilərinə görə 127 yeyinti məhsulları nümunələri laborator müayinələrə cəlb olunub. Nümunələrin 50-də orqanoleptik və fiziki-kimyəvi, 24-də mikrobioloji, 6-da toksikoloji göstəricilər normalara cavab verməyib. Şadlıq evləri və restoranlardan götürülmüş 9888 yaxma nümunəsinin 165-də bağırsaq çöpləri qrupu bakteriyaları aşkar edilib. Yeyinti məhsullarının gigiyenik sertifikatlaşdırılmasına nəzarət sahəsində 44 yeyinti məhsulunun normativ-texniki sənədləri, reseptura layihələri razılaşdırılıb, 534 məhsulun gigiyenik sertifikatlaşması təmin edilib, 675 yeyinti məhsulu dövlət gigiyena qeydiyyatına alınıb. Hesabat dövründə 135 qida zəhərlənməsi hadisəsi baş verib, bundan 177 nəfər zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR