Bank Of Baku

Şəkidə qadınların “Ağbirçəklər Şurası” yaradılıb

Şəkidə qadınların “Ağbirçəklər Şurası” yaradılıb
# 13 may 2008 08:38 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə qadınların “Ağbirçəklər Şurası” yaradılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, şura ötən gün rayonda təşkil olunmuş Azərbaycan qadınlarının 3-cü qurultayına hazırlıq konfransında təsis edilib. “Qadınlara qarşı zorakılığa son qoyaq” devizi altında keçirilən konfransda rayon qadınları qurultaya hazırlıqla bağlı görülmüş işlərdən danışaraq qarşıda duran vəzifələri müzakirə ediblər. Bundan başqa, tədbirdə Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüquqlarının verilməsinin 90 illiyi və Ümumdünya İnsan Xalqları Bəyannaməsinin 60 illiyi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Konfransın yekununda rayon qadınlarının “Ağbirçəklər Şurası” yaradılıb və qurultaya nümayəndə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR