Bank Of Baku

“Fuji Optical Ltd” şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək

“Fuji Optical Ltd” şirkəti növbəti dəfə Azərbaycanın məcburi köçkünlərinə yardım edəcək
# 09 iyun 2008 08:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiyanın “Fuji Optical Ltd” şirkətinin rəhbəri, “Nansen” mükafatının qalibi, optika mütəxəssisi Akio Kanai onu müşayiət edən 5 nəfərdən ibarət mütəxəssis qrupu ilə iyunun 10-dan 19-dək oftalmoloji xidmət göstərmək məqsədilə Azərbaycanda səfərdə olacaq. BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Bakı ofisindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Biləsuvar rayonunda Yeni Xocavənd qəsəbəsində və Sumqayıt şəhərində A. Kanai və onun rəhbərlik etdiyi nümayəndə heyəti minlərlə məcburi köçkünə göz müayinəsi xidməti göstərəcək, eynəklər paylayacaq. 2008-ci ildə təqribən 3 500 məcburi köçkünün bu xidmətdən yararlanması gözlənilir. Qeyd edək ki, A. Kanainin Azərbaycana əvvəlki səfərləri (2005, 2006 və 2007-ci illər ərzində) zamanı minlərlə məcburi köçkün pulsuz göz müayinəsindən keçib və “Fuji Optical Ltd” tərəfindən eynəklərlə təmin olunub. Dünyada son 20 il ərzində təxminən 110000 insana pulsuz göz müayinəsi üzrə göstərdiyi xidmətə görə A. Kanai BMT QAK tərəfindən ötən ilin “Nansen qaçqın mükafatına” layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR