Kuba təhlükə mənbəyi deyil, təhlükə ABŞ-dır.
APA xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel "X" hesabında yazıb.
“Kuba təhlükə deyil, təhlükə ABŞ-dır”, - deyə o bildirib və Vaşinqtonun Kubanın ABŞ maraqlarına təhlükə yaratdığı barədə iddialarını yenidən rədd edib.
Kuba Prezidenti ölkədə milli elektrik enerjisi sisteminin növbəti dəfə çökməsinə də münasibət bildirib.
“Əvvəlki hadisədən cəmi bir neçə gün sonra milli elektrik enerjisi sistemində baş verən növbəti kollaps bərpa işlərini çətinləşdirir, lakin energetiklər təslim olmurlar”, - deyə Dias-Kanel qeyd edib.
Onun sözlərinə görə, adadakı bəzi istilik elektrik stansiyaları artıq işə salınır, digərləri isə sistemə qoşulur və yükü artırır.
“Bu, ABŞ tərəfindən Kubaya qarşı tətbiq olunan soyqırım xarakterli neft blokadası şəraitində həyata keçirilən son dərəcə mürəkkəb prosesdir”, - deyə Kuba Prezidenti vurğulayıb.