Bank Of Baku

Lənkəranda millət vəkilləri ilə gənclərin görüşü keçirilib

Lənkəranda millət vəkilləri ilə gənclərin görüşü keçirilib
# 10 iyun 2008 12:21 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev APA. Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və ŞİH-in birgə təşəbbüsü ilə Milli Məclisin bir qrup deputatı ilə Lənkəran gənclərinin görüşü keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, şəhər ümumtəhsil, orta ixtisas və ali məktəblərin fəal şagird və tələbələrinin qatıldığı tədbirdə çıxış edən ŞİH başçısı Süleyman Mikayılov rayonda gənclərə göstərilən qayğıdan, onların iş problemlərinin həlli və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən, tikilməkdə olan ikimərtəbəli “Gənclər evi”nin tezliklə istifadəyə veriləcəyindən danışıb. Millət vəkilləri Fuad Muradov, Hadi Rəcəbli və digərləri gənclərin cəmiyyətin inkişafında rolundan bəhs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR