Bank Of Baku

“Həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma sahəsində həmkarlar ittifaqı təşkilatlarının rolu” mövzusunda seminar keçirilib

“Həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma sahəsində həmkarlar ittifaqı təşkilatlarının rolu” mövzusunda seminar keçirilib
# 12 iyun 2008 10:17 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Bu gün “Həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma sahəsində həmkarlar ittifaqı təşkilatlarının rolu” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Kənd-Qida-İş” Həmkarlar İttifaqları Federasiyası tərəfindən təşkil olunub. AHİK sədrinin müavini Cavanşir Alxasov Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının gücləndirilməsinin, işlək strukturların yaradılmasının və həmkarlar qurumunun təcrübəli liderləri və gənc kadrları olan bir təşkilata çevrilməsinin zəruriliyini vurğulayıb. Seminarda çıxış edən digər şəxslər də mövzuya dair fikirlərini bildiriblər. Sonra seminar işini qruplarda davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR