Bank Of Baku

İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycan Uşaq Parlamentinin nümayəndələri ilə görüşüb

İsgəndəriyyə Kitabxanasının direktoru Azərbaycan Uşaq Parlamentinin nümayəndələri ilə görüşüb
# 12 iyun 2008 10:34 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Azərbaycan Uşaq Parlamentinin nümayəndələri ilə görüşüb. APA-nın məlumatına görə, M. Serageldin UNİCEF-in dəstəyi ilə 2006-cı ilin dekabrında Azərbaycanda Uşaq Parlamentinin yaradılmasını yüksək qiymətləndirib. Dünyanın 75 ölkəsində olduğunu deyən İ. Serageldin gələcəyin məhz təhsilli və tərbiyəli gənclərin çiynində olduğunu vurğulayıb: “Uşaqlarla iş mənim fəaliyyətimdə xüsusi sahə olmayıb, amma biz İsgəndəriyyə Kitabxanasında 5-11 yaşlı uşaqlar üçün xüsusi guşə yaratmışıq. Bu guşədə müxtəlif vəsaitlər toplanıb, 11-17 və 17-22 yaşda olanlar üçün seminar və konfranslar keçirilir, elmi-kütləvi tədbirlər təşkil olunur”. İ. Serageldin Azərbaycan Uşaq Parlamentinin nümayəndələrinin proqramları ilə tanış olub və onların suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR