Bank Of Baku

Azərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək

Azərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək
# 12 iyun 2008 10:57 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 24-28-də Bakıda Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək. Sammitdə dünyanın 55 ölkəsindən gənclər iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin məlumat verib. Gənclərin məşğulluq probleminin vacib məsələ olduğunu vurğulayan İ. Serageldin bu toplantılarda dünyanın gənclər şəbəkəsinin geniş fikir mübadiləsi aparacağını deyib: “Milyonlarla gənc ali təhsildən sonra işsiz qalır və nəticədə işsizliklə bağlı problemlər yaranır. I konfrans 2002-ci ildə ABŞ prezidenti Bill Klintonun sədrliyi ilə İsgəndəriyyədə keçirilib. Bu konfransda qərara gəlinib ki, sammitlər müxtəlif şəhərlərdə hər iki ildən bir təşkil edilsin”. İ. Serageldin bildirib ki, layihəyə əsasən, sammitlər 2004-cü ildə Meksikada, 2006-da Keniyada keçirilib, 2008-də Bakıda, 2010-da İsveçrədə, 2012-ci ildə isə İsgəndəriyyədə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR