Bank Of Baku

Sabiq OMON-çular hərbi paradda iştirak etmək istəyirlər

Sabiq OMON-çular hərbi paradda iştirak etmək istəyirlər
# 13 iyun 2008 11:33 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) bir qrup üzvü və “Yeni Sabah” İctimai Birliyinin təşəbbüsü ilə “Keçmiş OMON-çular unudulmamalıdır” mövzusunda mətbuat konfransı keçirilib. Konfransda çıxış edən OMON-çuların Hüquqlarının Müdafiə Komitəsinin sədri Famil Süleymanov bildirib ki, 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin bütün sənədləri yoxa çıxıb. Onun sözlərinə görə, konfransı keçirməkdə məqsədləri torpaqlarımız uğrunda döyüşən OMON-çulara qarşı son dövrdə etinasız münasibətin göstərilməsini və onların unudulması məsələsini qabartmaqdır. Konfransda çıxış edən keçmiş OMON-cular dövlət qayğısından kənarda qaldıqlarını, dövlət səviyyəli tədbirlərə dəvət edilmədiklərini, sosial problemlərin həll olunmadıqlarını bildiriblər. Onlar verilən 50 manat pensiya ilə ailələrini dolandıra bilmədiklərini deyiblər. OMON-çular bu problemlərlə bağlı prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət etdiklərin söyləyiblər. Sonda OMON-çular iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan paradda iştirak etmək istədiklərini də bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR