Bank Of Baku

Azərbaycanda donorların hesabına hər il 15 ton qan plazması toplanır

Azərbaycanda donorların hesabına hər il 15 ton qan plazması toplanır
# 13 iyun 2008 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi 14 iyun - Ümumdünya Donor Günü ilə əlaqədar “Qan donorluğu problemlər və perspektivlər” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, mərkəzin KİV və ictimaiyyətlə əlaqədar şöbəsinin əməkdaşı Zaur İbrahimov könüllü donor kampaniyasının aparılmasında medianın dəstəyinin əhəmiyyətindən danışıb. Səhiyyə Nazirliyinin (SN) baş hematoloqu Çingiz Əsədov “Azərbaycanda qan donorluğu və qan xidməti” mövzusunda məruzə edib. O, qanverməni unikal müalicə və xilas vasitəsi adlandırıb. Baş hematoloqun sözlərinə görə, 2005-ci ildə “Qan xidməti sahəsində” Dövlət Proqramı qəbul olunub və bundan sonra bir sıra nailiyyətlər əldə edilib, o cümlədən qan banklarının, qanköçürmə mərkəzlərinin maddi-texniki bazası modernləşdirilib. Ç. Əsədov bildirib ki, əvvəllər qan plazmalarının böyük hissəsi humanitar yolla gətirilsə də, artıq bu məsələ öz həllini tapıb. “Orta hesablamaya görə, bir il üçün Azərbaycanda 17 ton qan plazmasına ehtiyac var. Artıq öz daxili imkanlarımız hesabına, donorların sayəsində 15 ton qan plazması əldə edə bilirik”. O, qanköçürmə zamanı təhlükəsizlik qaydalarına əməl olunduğunu da deyib: “1990-cı illərin əvvəllərində qanvermə zamanı QİCS-ə yoluxma halları 10 faiz olurdu. İndi isə bu hal sıfıra enib”. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şöbə müdiri Mətanət Qaraxanova isə könüllü donorların cəlb olunması istiqamətində maarifləndirmə işlərinə başladıqlarını deyib. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova tədbirdə “Donor qanının təhlükəsizliyi aspektləri” mövzusunda çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR