Bank Of Baku

Gənclər təşkilatlarının II Respublika Sərgisi keçirilib

Gənclər təşkilatlarının II Respublika Sərgisi keçirilib
# 13 iyun 2008 12:03 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər təşkilatlarının II Respublika Sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgidə iştirak edən 80-ə yaxın təşkilat öz fəaliyyəti ilə bağlı filmlər, bukletlər və kitabların təqdimatını təşkil edib. Gənclər və idman naziri Azad Rəhimov sərginin gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb edilməsini stimullaşdırmaq məqsədilə keçirildiyini deyib. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə belə tədbirlərin təşkilinin vacib olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR