Bank Of Baku

Oqtay Şirəliyev: “Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur”

Oqtay Şirəliyev: “Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur”
# 13 iyun 2008 12:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri YAP qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının tabeliyində olan xəstəxanalarında tibbi xidmət yalnız həmin sahə üzrə çalışan işçilər üçün pulsuzdur. Həmin xəstəxanalarda müalicə olunmaq üçün müraciət edən digər şəxslər üçün tibbi xidmət pulludur. Azərbaycandakı dövlət xəstəxanalarında əməliyyatların da dövlət hesabına aparıldığını deyən O. Şirəliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq, Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzində ürək əməliyyatları pulsuz aparılır. Hazırda yenidənqurma işlərinin aparılması üçün fəaliyyəti dayandırılan mərkəz ilin sonuna kimi öz işini yenidən bərpa edəcək: “Mərkəz fəaliyyətə başlayandan sonra ürək əməliyyatları da davam etdiriləcək. Əlbəttə ki, bu iş inkişaf etmiş ölkələrdə olduğu kimi növbə ilə olacaq və hər kəs öz növbəsini gözləməlidir”. Nazirin bildirdiyinə görə, pulsuz tibbi xidmət tam tətbiq edildikdən sonra dövlət müəssisələrinə müraciət edən xəstələrin sayı artıb. Bu ilin yanvar-may aylarında dövlət xəstəxanalarına 260 min xəstə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 min xəstə çoxdur. Pulsuz tibbi xidmətin tətbiqi ilə bağlı nazirliyə şikayətlərin daxil olmadığını deyən O. Şirəliyev qeyd edib ki, hazırda Azərbaycanda 540-a yaxın özəl klinika fəaliyyət göstərir. Həmin tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin qiymətləri də yüksək deyil və insanların əmək haqlarına uyğundur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR