Bank Of Baku

Səhiyyə naziri Oqtay Şirəliyev: “İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur”

Səhiyyə naziri Oqtay Şirəliyev: “İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur”
# 13 iyun 2008 12:56 (UTC +04:00)
APA-nın məlumatına görə, O. Şirəliyev bildirib ki, son beş ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 4 dəfədən çox artıb, son iki ildə 80-ə yaxın tibb müəssisəsi əsaslı təmir edilib və səhiyyə sahəsində 9 dövlət proqramı qəbul olunub. Nazir deyib ki, bir necə il əvvəl Azərbaycanda məxmərək və qızılca xəstəliklərinə yoluxma halları olsa da, ötən il qızılcaya yoluxma faktı qeydə alınmayıb, məxmərək xəstəliyi ilə bağlı isə bir necə hal aşkarlanıb. O. Şirəliyev hazırda Bakı, Gəncə və Lənkəranda üç perinatal mərkəzin yaradılması istiqamətində iş aparıldığını söyləyib. Bakıdakı mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Nazir paytaxt və regionların səhiyyə sistemləri arasında fərqi azaltmaq üçün ilin sonuna kimi rayonlar üçün də “Mercedes” markalı təcili yardım maşınları alınacağını açıqlayıb. Bir necə il əvvələ qədər Azərbaycana daxil olan dərmanların 80%-nin saxta olduğunu vurğulayan O. Şirəliyevin sözlərinə görə, hazırda ölkənin dərman bazarında yaranmış xaosu aradan qaldırmaq üçün tədbirlər görülür: “Son 6-7 ay ərzində nazirlik 1100 aptekdə yoxlama aparıb. Yoxlama nəticəsində 1000-ə yaxın dərman qeydiyyatdan keçmədiyi və istifadə müddəti bitdiyi üçün müsadirə edilib”. Nazir Rusiyada istehsal olunan bəzi dərmanların Azərbaycana idxalının dayandırıldığını bildirib: “Dərmanların tərkibində aktiv maddələr olmalıdır. Ancaq Rusiyada istehsal olunan bəzi ucuz dərmanların tərkibində aktiv maddələr olmadığı üçün indi onlar Azərbaycana gətirilmir. Hazırda daha güclü dərmanlar alınır. Onlar daha səmərəlidir və bir necə dərmanı birlikdə əvəzləyə bilir”. O. Şirəliyev Azərbaycanda 3500 adda dərman qeydiyyatdan keçdiyini, həmin dərmanların içliyinin (instruksiya) dövlət dilinə tərcümə edildiyini deyib: “İçliyi tərcümə olunmayan dərman bazara buraxılmır. Hansısa dərmanın içliyi tərcümə olunmayıbsa, bu o deməkdir ki, həmin dərman qeydiyyatdan keçməyib və qanunsuzdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR