Bank Of Baku

Azərbaycan və Rusiya məşgulluq məsələləri üzrə birgə işçi qrupu yaradacaqlar

Azərbaycan və Rusiya məşgulluq məsələləri üzrə birgə işçi qrupu yaradacaqlar
# 13 iyun 2008 13:51 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlgar Rəhimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) İsveçrədə keçirilən iclası çərçivəsində bir sıra görüşlər keçirib. Bu barədə APA-ya Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşı Məmməd Talıbov bildirib. Rusiya sosial inkişaf və əmək nazirinin müavini Aleksandr Safonovla görüş zamanı tərəflər məşğulluq məsələlər üzrə işçi grupun yaradılması barədə qərara gəliblər. Həmin işçi qrupu təcrübə mübadiləsii, miqrantlar, pensiya ilə təmin olunma və s. məsələlərlə məşgul olacaq. Ukraynanın sosial inkişaf naziri Lyudmila Denisova ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub, o, Azərbaycana səfərə dəvət edilib. Bundan başqa Azərbaycan nümayəndə heyəti Almaniya Federal Əmək Nazirliyininin parlament katibi Branter Klaus və Filippin əmək naziri Marianito Rokkla görüş keçiriblər. Bundan başqa İlqar Rəhimov BƏT-in iclasında çıxış edib və Azərbaycanın məşğulluq məsələləri üzrə mərkəzləndirilmiş siyasəti barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR