Bank Of Baku

Oqtay Şirəliyev: “Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq”

Oqtay Şirəliyev: “Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu  ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq”
# 13 iyun 2008 14:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Təkcə İsa Məlikovun deyil, hər bir kəsin həkimin səhvi ilə bağlı araşdırma aparmaq üçün müraciət etməyə haqqı var”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bəstəkar İsa Məlikovun atasının həkim səhvi üzündən dünyasını dəyişməsi ilə bağlı deyilən fikirlərə münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, İ. Məlikovun atası müalicə olunan vaxt Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzinin direktoru, akademik Cəmil Əliyev xarici ölkədə olub. Artıq Azərbaycana geri dönmüş C. Əliyevə məsələ ilə bağlı araşdırma aparmaq tapşırılıb. O. Şirəliyev deyib ki, əgər həqiqətən də ölüm faktının həkimin səhvi ucbatından baş verdiyi təsdiqlənərsə, o, cəzalandırılacaq.
Qeyd edək ki, İsa Məlikovun atası Fazil Məmmədov mayın sonunda dünyasını dəyişib. F. Məlikovda yüngül xərçəng xəstəliyi olsa da, MOM-un həkimi İlham Əliyev tomoqrafik müayinə zamanı F. Məmmədovun ağıq onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib və bunun əsasında da səhv müalicə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR