Azərbaycanın Şəmkir şəhəri ərazisində arxeoloji qazıntılar bərpa edilib - FOTO
17 iyun 2008 09:00 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Rəşid Bağırov APA-nın qərb bürosuna bildirib ki, Şəmkir çayının sol sahilində Muxtariyyə və Keçili kəndləri ərazisində aparılan arxeoloji araşdırmalar nəticəsində uzunluğu 84 m, hündürlüyü 5-6 m olan Şəmkir Qalasının divarları aşkarlanıb. Qala Azərbaycanın aran memarlığı üslubunda tikilib. R. Bağırovun sözlərinə görə arxeoloji araşdırmalar aparılan ərazidə yaşayış evləri və 9-10-cu əsrə aid kanalizasiya və su xəttinin qalıqları da tapılıb. Bu da bir daha sübut edir ki, Şəmkir qədim dövrlərdə inkişaf etmiş şəhər olub.
Qeyd edək ki arxeoloji qazıntılar bu il oktyabrın sonunda yekunlaşdırılacaq.
Qeyd edək ki arxeoloji qazıntılar bu il oktyabrın sonunda yekunlaşdırılacaq.
Sosial
Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb
19:06
29 may 2024
Ağdamın yeni təməli qoyulan kəndlərinə media-tur təşkil olunub
18:05
29 may 2024
Milli standartlaşdırma proqramının formalaşdırılması qaydası müəyyənləşib
17:24
29 may 2024
Xocalıya həyat qayıdır, şəhər yenidən dirçəlir - VİDEO - FOTO
17:02
29 may 2024