Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb
17 iyun 2008 12:12 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb”. Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E. Hüseynovun iyunun 14-də Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: “İyunun 14-də 22-ci polis bölməsinə ərazidə olan kafelərdən birində icazəsiz toplantı keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana baxış keçirəndə məlum olub ki, orada 50-yə yaxın şəxs icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış tədbir keçirir. Polis əməkdaşları icazəsiz aksiyanın qarşını almaq üçün iştirakçılardan ərazini tərk etməyi tələb ediblər. Amma iştirakçılar bu tələbə məhəl qoymayıblar. Belə olan halda polislər 20-yə yaxın şəxsi, o cümlədən Emin Hüseynovu bölməyə dəvət ediblər. Lazımi xəbərdarlıq ediləndən sonra onların hamısı sərbəst buraxılıb. Ancaq Emin Hüseynov çıxarkən bölmənin qarşısında yerə yıxılıb və sonradan döyüldüyünü iddia edib”.
Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi ekspertizadan sonra ona “nevrostonik reaksiya” diaqnozu qoyulub: “Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir”.
Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi ekspertizadan sonra ona “nevrostonik reaksiya” diaqnozu qoyulub: “Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir”.
Sosial
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024