Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib
19 iyun 2008 09:48 (UTC +04:00)
Bəyannamədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sənəddə, həmçinin universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviqi, əhalinin müxtəlif kateqoriyalarına mənsub qrupların hüquqlarının səmərəli müdafiəsi, azadlıqdan məhrumetmə yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ictimai nəzarət mexanizminin tətbiqi, ali təhsil müəssisələri nəzdində UNESCO-nun insan hüquqları kafedralarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi məsələləri yer alıb.
Qeyd edək ki, “Qloballaşan dünyada insan hüquqları” mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və “18 iyun Azərbaycanda insan hüquqları günü”nə həsr olunub.
Qeyd edək ki, “Qloballaşan dünyada insan hüquqları” mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və “18 iyun Azərbaycanda insan hüquqları günü”nə həsr olunub.
Sosial
Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər
10:53
5 may 2024
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024