Azad Rəhimov: “Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb”
19 iyun 2008 09:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Azərbaycan gənclərinin narkomaniyaya meylinin göstərən rəqəmlər çox müxtəlifdir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət o qədər də gərgin deyil. Ötən illə müqayisədə Azərbaycan gənclərinin narkomaniyaya meylinin artımı çox cüzidir”. APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə rəsmi statistikanın yoxluğuna təəssüfləndiyini bildirib: “Rəsmi məlumatlar yoxdur, çünki bu xəstəlikdən əziyyət çəkənlərin çoxu dispanserlərə müraciət etmir, bu bəlalı vərdişlərini gizlədirlər. Sadəcə, dünyada olan bəzi təhlillərə əsaslanaraq, Azərbaycanda bu göstəricinin təxminən 20-30 mindən 70-80 min arasında olduğunu demək olar”. A. Rəhimov bildirib ki, bu bəlalı vərdişdən Azərbaycan gənclərinin xilası üçün ilk növbədə statistik rəqəmlər dəqiqləşdirilməlidir: “ Biz mübarizənin hansı miqyasda , hansı qüvvə ilə aparılacağını bilməliyik ki , son nəticədə biz qalib gələk. Bu zərərli vərdişlərin qarşısının alınması üçün Gənclər və İdman Nazirliyi müxtəlif konfrans, seminarlar təşkil edir, gənclərə maarifləndirici əyani vəsaitlər paylanır”.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024