2020-ci ilin koronavirus infeksiyası səbəbindən məhdudiyyətlərlə baxmayaraq, Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam edib.
APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.
O bildirib ki, Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirilib: “Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübələnin ümumiləşdirilməsi davam edib, məhkəmə fəaliyyəti ilə bağlı monitorinqlər aparılıb. Qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib”.